Cümə axşamı, 09 May

"Almaniya Ukraynaya təyyarə və əsgər göndərməyəcək" - Şolz

image

"NATO Ukraynaya nə indi, nə də gələcəkdə əsgər və döyüş təyyarələri göndərməyəcək" .

Xəbər verilir ki , bu barədə Almaniya kansleri Olaf Şolz  Bundestaqda çıxışı zamanı bildirib .

Onun sözlərinə görə, alyans həmçinin Ukrayna üzərində uçuşa qadağan zona tətbiq etməyəcək.

O, NATO-nun hərbi əməliyyatlarda birbaşa iştirakının olmayacağını vurğulayıb.

Daha əvvəl Şolz bildirib ki, Kiyevə “Leopard 2” tanklarının verilməsi qərarından sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə mövcud vəziyyəti müzakirə edib və bu barədə Bundestaqda çıxışı zamanı bildirib.

Almaniya kansleri bildirib ki, Ukraynada münaqişənin başlaması dünyada dönüş nöqtəsi olub, ona görə də Almaniya Kiyevi dəstəkləyir.

O, həmçinin əlavə edib ki, Ukraynaya tankların tədarükü tərəfdaşlarla sıx əməkdaşlıq əsasında baş tutacaq.

Daha əvvəl Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirmişdi ki, Almaniyanın hərbi yardımı Ukraynaya tədarük edilən Leopard 2 tanklarının maddi-texniki təminatı, döyüş sursatı və texniki təminatının həllini nəzərdə tutur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32